Çıxdı meydana qoçaq...
07.01.2010 - 16:48
Asiya kuboku uğrunda yarışın seçmə mərhələsində maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, İndoneziya yığmasının Omanla ev oyununda komandasının zəif çıxışından hiddətlənən yerli azarkeş Xendri Melyadi ayaq yalın meydana çıxıb və özü qol vurmaq istəyib.
Topa tərəf qaçan fanat qapıya zərbə vurub. Ancaq qapıçı onu qaytarmaqla, qola imkan verməyib. Azarkeşi yalnız polisin köməyi ilə meydandan çıxarmaq müvəffəq olub. Hendri sonradan hərəkətinə görə üzr istəyib. İnsidentlə bağlı müzakirələr isə onu əsl qəhrəman adlandırıblar.
Qeyd edək ki, İndoneziya həmin görüşdə Omana 1:2 hesabı ilə uduzub.

0
0