Georgi Nikolov “Anji” klubundan pul umur - MÜSAHİBƏ
08.01.2010 - 00:01
Bakının “İnter” futbol klubunun prezidenti Georgi Nikolovun Lent.az-a müsahibəsi
- Futbolçunuz Mahir Şükürovun Rusiyanın “Anji” komandasına keçidi tam həll olunubmu?
- “Anji” ilə danışıqlar uzun müddətdir ki, aparılırdı. Mahaçqala klubu Mahir Şükürovla maraqlandıqlarını bildirdi. Prinsipcə, biz Mahiri buraxmağa hazırıq. Lakin onların belə bir şərti var ki, Şükürov “Anji”nin bazasına getməli, orada funksional, tibbi müayinədən keçməli, şəxsi müqaviləsinin şərtlərini razılaşdırmalıdır. Yalnız bundan sonra biz Şükürovun “Anji”yə keçdiyini deyə bilərik. Bunlar baş verməyənədək danışıqların çox ciddi mərhələdə olduğunu söyləməliyik.
- Siz Mahir Şükürovu pulsuz buraxmağa hazırsınızmı?
- Əlbəttə, yox. Pulsuz nahar olmur. Şükürovun “İnter”lə mövsümün sonunadək müqaviləsi var. O, iş yerini dəyişsə, yeni klubu bizə kompensasiya ödəməlidir.
- Şükürovun Azərbaycan milli komandasının futbolçusu kimi xarici klubda oynaması naminə transfer məbləğində güzəşt etməyə hazırsınız?
- Bizim “Anji” ilə konkret danışıqlarımız olub. Transfer məbləğində razılığa gəlmişik. Yəni, onlar bizim təklif etdiyimiz məbləğlə razılaşıblar. Yəni “İnter”lə “Anji” arasındakı danışıqlarda hər şey həllini tapıb. Qalır Şükürovla Dağıstan klubu arasındakı məsələlərin həlli.
- Əcnəbi klubların maraq dairəsinə düşən başqa futbolçularınız var?
- Təəssüf ki, yox. Hələlik heç bir əcnəbi klub futbolçularımızla maraqlandığını açıqlamayıb. Bəlkə Türkiyədə keçirəcəyimiz təlim-məşq toplantısı zamanı belə bir hal baş verdi. Hələlik yalnız Mahirlə bağlı danışıqlarımız olub. Buna görə də çox şadam. Çünki Rusiya Premyer Liqasında oynamaq bu futbolçu üçün bir nailiyyətdir. Bu, baş versə, inanıram ki, Şükürov özünü ən yaxşı tərəfdən göstərəcək.
- Növbəti mövsümdən legionerlərə 8+3 limiti tətbiq olunacaq. Bu halda yerli futbolçuların xidmətinə indiki ilə müqayisədə, daha çox ehtiyac duyulacaq. Amma “İnter” aparıcı yerli futbolçularından biri ilə vidalaşır...
- Tədricən istiqaməti yerli bazara doğru yönəltmək, istedadlı azərbaycanlılarla maraqlanmaq lazımdır. Bu mənada sizinlə razıyam. Lakin mən klub prezidenti kimi transfer siyasətimizə birbaşa qarışmıram. Bu məsələləri baş məşqçi, komandanın meneceri həll edir. Mən isə bu işləri nəzarətdə saxlayıram. Hər halda oyunçu seçimində baş məşqçimiz Kaxaber Tsxadadzenin istəyinə uyğun qərar verəcəyik.

0
0