Tete və Taqo “Bakı”dan nə istəyir?
08.01.2010 - 09:56
Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində Azərbaycanı təmsil edəcək “Bakı”nın rəqibləri heyətini gücləndirməyə çalışır. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu ilə eyni qrupda yer alan Tacikistanın “Vaxş” komandası iki yeni futbolçu ilə anlaşıb. Belə ki, ötən il Qırğızıstanın “Dordoy-Dinamo” klubunda çıxış edən Devid Tete və Daniel Taqo bundan sonra Tacikistan çempionunun şərəfini qoruyacaqlar.
Qanalı futbolçulardan biri - 24 yaşlı Devid ötən il Qırğızıstanın ən yaxşı futbolçusu seçilib. Hücumçu ötən il “Dordoy-Dinamo”nun heyətində “Birlik kuboku”nda oynayıb və Azərbaycan təmsilçisi “İnter”lə 0:0 hesabı ilə nəticələnən matçın iştirakçısı olub. Tetedən 1 yaş kiçik olan Taqo da həmin turnirdə forma geyinib. Lakin müdafiəçi bakılılarla görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, “Birlik kuboku”nun ilk turunda qarşılaşacaq “Bakı” ilə “Vaxş” arasında oyun yanvarın 16-da keçiriləcək.

0
0