5-6 Adnan Bərəkət alınca…
08.01.2010 - 10:32
Qış bazarlığı başladı. "Transfer pəncərəsi"nin rəsmən açılması klublarımızın acgözlüklə legioner ovuna çıxması üçün daaha münbit şərait yaratdı. İndi hamı axtarır.
Azərbaycanın adı elə reklam olunub ki, əslində axtarmağa da ehtiyac yoxdu. Son günlər Bakıda əcnəbilərin sayı artıb. Çünki keyfiyyətsiz malların baha qiymətə satıldığı məkan bəlli olduğundan futboldan az-çox başı çıxan hər kəs yanına 10-15 əcnəbi salıb stadionları dolaşır. Artıq "Olimpik-Şüvəlan"ın qapısını 6 əcnəbi döyür. Bir neçə günə "Neftçi"yə, "Qəbələ"yə və digər klublarımıza da "vaqon"la "peşəkarlar" gələcək. İndi gəl onların içindən istədiyini seç. Paltar "polka"sı kimi: "razmer"inə, zövqünə uyğun olanı götür.
İmkanı çox da yüksək olmayan klublar yeni oyunçularını belə seçəcək, "lüks dükanlar"dan bazarlıq etmək istəyənlər isə "Bakı", "Xəzər-Lənkəran" kimi Türkiyədə "vitrinlər"ə baxacaq. Nəhayət, malı ilk əldən almaq istəyənlər "Simurq"un simasında Gürcüstanda yerli bazara diqqət edəcək, bir də Roman Pokoranın simasında "sezonşik"in hesabına Ukraynadan "bir partiya mal" gözləyəcək.
Bax, bizim klubların transfer çalışmaları bundan ibarətdi. Heç kim keyfiyyətə, əsl səviyyəyə qiymət vermir. "Legioner olsun, torba dolsun" prinsipi ilə say düzəltməyə, təbii ki, bununla yanaşı, məhz əcnəbi keçidi sayəsində maxinasiyalar etməyə üstünlük verirlər. "Bakı" Hollandiyada heç kimə yaramayan Adnan Bərəkətə "min bərəkət" deyib pul sayır, Türkiyədə son vaxtlar yalnız zəif komandalarda çıxış edən Kürşat Duymuşa qucaq açır və s. Çempion "Birlik kuboku"na hazırlaşdığı üçün qabağa düşüb. Tezliklə digər komandalarımızdan da eyni tipli xəbərlər gələcək. 8-9-cu divizionlarda oynayan hər hansı bir oyunçunu məhz braziliyalı, argentinalı, nə bilim daha haralı kimi təqdim edib heyətə qatacaqlar, markalarını önə çəkib özlərinə bəraət qazandıracaqlar. Sonra çempionatın gedişində bəlli olacaq ki, "İnter", "Simurq", "Bakı"nın aldığı əcnəbilər bir ...a dərman deyil və ehtiyat oyunçular skamyasını isitməklə məşğuldular. Ardınca yenidən yay kampaniyası başlayacaq və çirkli pullar yuyulacaq, komanda oyuncağa çevriləcək.
Bəs, nə etməli? Hə, bu sual həmişə aktual, həmişə keçərlidi. Zənnimcə, hadisələrin gedişinə AFFA müdaxilə etməlidi. Federasiya rəsmiləri o dəqiqə klubların işinə qarışmaq istəmədiyini gözə soxmasın. Çünki öz işinə yarayanda klubların işinə də qarışır, hələ o yana da keçir. Məsələn, büdcəni doldurmaq lazım olanda elə pilləli limit fikirləşirlər ki, adam əhsən deyir. PFL-in əcnəbi sayının artması ilə legionerlərə görə rüsumun da qalxması qaydasını deyirəm. İndi də AFFA rəsmiləri zəhmət çəkib qayda fikirləşsin ki, necə edək lazımsız oyunçular ölkəmizə gəlməsin.
Assosiasiya rəsmiləri mütləq şəkildə əcnəbilərin səviyyəsinə nəzarət etməlidi. Deyək ki, yaş limiti, yığma oyunçusu olması amili və s. qaydalarla. Deyək ki, bu tələblərə uyğun gəlməyən əcnəbilərə görə 30-40 min manat rüsum təyin olunmalıdı. Əvəzində ölkəsinin yığmasında çıxış edənlərə görə hər hansı haqq tələb olunmamalıdı. O zaman Nigeriya, Kamerun, Serbiya, Moldova və s. ölkələrin həvəskarlarının əvəzinə ölkəmizə Gürcüstan, Ukrayna, Belarus, lap elə Bosniya və Hersoqovina, Litva, Albaniya yığmasının oyunçuları gələr. Bu zaman səviyyə də artar. Özünüz diqqət edin: bu gün ölkəmizdə çıxış edən legionerlər arasında əsl futbol göstərənlər kimlərdi? Mən deyim: Latviya yığmasının üzvləri Andrey Rubin, Girt Karlson, Moldova millisinin dəyişməz üzvləri Vadim Borets, Aleksey Savinov, Burkina Fasoda sevilən Narçise Yameoqo və başqaları. Deməli, istənilən halda müəyyən tələblərə cavab verən oyunçular səviyyənin qalxmasına yardım edir.
Elə İngiltərəPremyer Liqasının bu gün dünyanın ən baxımlı çempionat olmasını təmin edən də məhz bu tələblərdi. Dumanlı Albiona düşmək üçün lazım olan işçi vizasını almağı hər oyunçu bacarmır. Alanlarsa birinciliyə rəng qatır. Düzdü, yuxarıda göstərdiyimiz tələb olunan şərtə cavab verənlərin Azərbaycana gəlməsi çətin məsələdi. Amma bunun üçün artıq klublar tər tökməlidi və şans da var. 5-6 Adnan Bərəkət alınca həmin pulu cəmləyib 1 Kaxa Kaladze alın. O zaman çempionata maraq da olacaq, səviyyə də. Həmin vaxt artıq Bakı derbiləri boş tribunalar önündə oynanmayacaq, həmin məşhur futbolçuya görə anşlaq olacaq.
CAVAD, “Ekspress-futbol” qəzeti

0
0