Futbol yığmasının baş məşqçisi telekanal açır
08.01.2010 - 11:06
Futbol yığmasının baş məşqçisi telekanal açır
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona yeni telekanal açmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, futbol əfsanəsinin kanalı artıq gələn həftə tamaşaçılar qarşısına çıxacaq.

Maradonanın yaratdığı media şirkəti “On&Off Holdings” adlanacaq. Telekanalın necə və nəyi yayımlayacağı isə hələ məlum deyil.

Qeyd edək ki, Maradona yığmanın “sükanı arxası”nda ciddi tənqidlərə məruz qalaraq jurnalistlərlə az qala düşmən olmuşdu. Yeni telekanalın isə onun müdafiəsinə xidmət edəcəyi ehtimal olunur.