Topdaşıyan Arda Hacıya baxırdı...
08.01.2010 - 11:54
Topdaşıyan Arda Hacıya baxırdı...
Deyirlər ki, futbola sevgi topu daşımaqdan başlayır. Amma "hər topdaşıyan ulduz futbolçu olacaq" qaydası da mövcud deyil. "Qalatasaray"lı Ardanın bu mənada bəxti gətirib.

Bu fotoya diqqətlə baxın. Bir vaxtlar "Cim bom"un talismanı olmuş Georgi Hacı qol vurur, fotoqrafların yanında dayanan Arda isə sevinir. Türkiyə saytlarında rast gəldiyimiz bu fotonun hansı oyunda və neçənci ildə çəkildiyini dəqiqləşdirə bilmədik. Amma həqiqətən də, tarixi faktdır: Arda Hacının oyununu görə-görə Arda oldu. Bəs bizimkilər kimə baxsınlar?