Yığmamızın baş məşqçisi niyə təəssüfləndi?
08.01.2010 - 18:29
“Finlandiya ilə oyunda ilk 45 dəqiqə barədə yalnız bir söz demək olar – rəqibimizi bütün komponentlərdə üstələdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Valentin Qranatkinin xatirə turnirində Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Bernard Lippert deyib.
Bu gün qrupda keçirilən son görüşdə finlərlə 1:1 oynayan komandamızın alman çalışdırıcısı nəticəyə görə üzülüb: “Belə oyunla birinci hissədə qol vura bilməməyimiz, üstəlik, hesabda geri düşməyimiz bizi çox təəssüfləndirdi”.
Qeyd edək ki, yığmamız turnirdə 5-ci yer uğrunda görüşə iki gün sonra çıxacaq. Rəqib ya Rusiya, ya da Özbəkistan yığması olacaq.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0