“Neftçi” plagiatlığa başladı
09.01.2010 - 00:01
“Neftçi” plagiatlığa başladı
“Neftçi” klubu milli komandanın da üzvü olan Ruslan Abışovla bağlı xəbər yayıb. Apasport.az saytının xəbərinə görə, komandanın mətbuat xidmətinin yaydığı məlumatda gənc futbolçunun sağ topuq oynağında aşıq sümüyünün qəlpəli sınığı diaqnozu ilə Almaniyanın paytaxtı Berlində əməliyyat olunması bildirilir.

Xəbərdə qeyd olunur ki, rəhbərlik Abışovun yanvarın 10-da Berlinə yollanması və həmin gün əməliyyat olunması üçün lazım olan maddi dəstəyi göstərib. Futbolçu ayın 13-də Bakıya dönərək bərpa prosesinə başlayacaq.

Digər məlumat eston futbolçu Andrey Stepanovla bağlıdır ki, onun klubla müqaviləsinin başa çatdığı bildirilir. Ötən ilin yayında “Neftçi”yə transfer olunmuş müdafiəçi tez-tez zədələnməsi üzündən Premyer Lliqanın ilk dövrəsinin “Turan” (2:0) və “Standard” (2:1), ölkə kubokunun 1/8 final mərhələsinin isə “Neftçi” İSM-lə hər iki oyununda (5:0 və 2:0) meydana çıxıb.

Qeyd edək ki, Abışovun Berlinə yollanması barədə ilk xəbəri “Neftçi”dən iki gün əvvəl AFFA-nın rəsmi saytı xəbər yazmışdı. Stepanova gəlincə, bu haqda ölkə mətbuatı bir neçə gün öncə məlumat yayıb.
0