Milli komandamız 5-ci yeri 5 qolla tutdu - YENİLƏNİB
10.01.2010 - 15:45
Milli komandamız 5-ci yeri 5 qolla tutdu - YENİLƏNİB
Azərbaycan milli komandası bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə son oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, 19 yaşadək futbolçulardan ibarət yığmamız Sankt-Peterburqda təşkil olunan yarışda 5-ci yer uğrunda Özbəkistanla qarşılaşıb.

Azərbaycan – Özbəkistan - 1:1 (5:4 penaltilərlə)

Bakı vaxtı ilə saat 13:30-da başlayan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha yaxşı yerinə yetirən yığmamız 5:4 hesablı qələbə qazanıb.
0