10:30-da yoldaşlıq oyunları
10.01.2010 - 16:21
10:30-da yoldaşlıq oyunları
Təlim-məşq toplanışının ilk mərhələsini Bakıda davam etdirən “Neftçi” yanvarın 12-də “Olimpik-Şüvəlan”, 15-də isə “Karvan”la yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının xəbərinə görə, əvvəlcə bu görüşlərin İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi nəzərdə tutulurdu. Lakin hazırda həmin arenanın ot örtüyünün daha yüksək səviyyəyə gətirilməsi üçün hazırlıq işləri getdiyindən, hər iki yoldaşlıq görüşü Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq. Oyunlar saat 10:30-da başlayacaq.
0