“Xəzər-Lənkəran”ın ilk rəqibi
11.01.2010 - 10:06
“Xəzər-Lənkəran” klubunun Türkiyədə keçiriləcək təlim-məşq toplanışı zamanı qarşılaşacağı ilk rəqib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələri yanvarın 20-də Rusiya Premyer Liqasının debütantı “Sibir” komandası ilə görüşəcək. Novosibirsk təmsilçisi ötən mövsüm Rusiya çempionatının birinci divizionunda 2-ci yerin sahibi qismində Premyer Liqada iştirak hüququ qazanıb.
İlk yoxlama oyunu üçün xeyli müddət rəqib axtaran “Xəzər-Lənkəran” bununla da hər 3 görüşünü Rusiya Premyer Liqa təmsilçiləri ilə keçirəcək. Lənkəranlılar “Sibir”in ardından, yanvarın 23-də Moskva “Spartak”ı, bundan 4 gün sonra isə “Saturn”la qüvvələrini sınayacaqlar.

- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
0
0