Mahir Şükürov “Obolon” və “Politexnika”ya qarşı
25.01.2010 - 10:53
Mahir Şükürov “Obolon” və “Politexnika”ya qarşı
Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov yenidən Türkiyəyə üz tutub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçumuz yeni transfer olunduğu Mahaçqalanın “Anji” klubu ilə birgə Antalyaya təlim-məşq toplanışına yollanıb. Əslində “Anji” buna qədər həmin məkanda toplanışda olsa da, Mahir sonradan komandaya qoşulub və yalnız rəsmi müqavilə bağladıqdan sonra yoxlama oyunlarına çıxıb.

Bu dəfə “Anji”nin heyətində qardaş ölkəyə yollanan Şükürov səfərə çıxan 21 futbolçudan biri olub. Mahaçqala klubu əvvəl olduğu kimi, “İC Santai” hotelində məskunlaşıb. Omari Tetradze baş məşqçisi olduğu komanda ilə 5 yoxlama oyunu keçirməyi planlaşdırır ki, rəqiblərdən 2-si məlumdur. Belə ki, Şükürovun komandası sabah Ukraynanın Premyer Liqa təmsilçisi “Obolon”, yanvarın 30-da Rumıniyanın yüksək liqasında çıxış edən “Politexnika” klubu ilə qüvvəsini sınayacaq.
0