“Ronaldo qovulmağa layiq idi”
25.01.2010 - 12:14
“Ronaldo qovulmağa layiq idi”
İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo növbəti ittihamla üzləşib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının son turunda “Kral klubu”na uduzan “Malaqa” klubunun prezidenti Fernando Sans portuqaliyalı futbolçunun kobudluğundan şikayətlənib.

“Real”ın sabiq prezidenti Lorenso Sansın oğlu olan Fernando 25 yaşlı yarımmüdafiəçinin hərəkətini qırmızı vərəqəyə layiq sayır: “Bizim futbolçunun burnu sınıb. Düşünürəm ki, Ronaldo Mtiliqanı bilərəkdən vurmayıb. Lakin istənilən halda o, meydandan qovulmağa layiq idi”.

Bir müddət əvvəl ata Sans da Ronaldonun bostanına daş atıb. Sabiq prezident portuqaliyalının transfer olunduğu 94 milyon avroya layiq olmadığını bildirib. O, hətta xələfi Florentino Peresi də ittiham edərək, Ronaldoya bu qədər pul xərcləyənin səfeh olduğunu söyləyib.

Qeyd edək ki, “Malaqa” üzərində 2:0 hesablı qələbənin qazanılmasında Ronaldonun vurduğu iki qol həlledici rol oynayıb.
0