Vaqif Cavadov narkomana qarşı mübarizə aparmayacaq
25.01.2010 - 13:10
Vaqif Cavadov narkomana qarşı mübarizə aparmayacaq
Hollandiyanın PSV klubunun legioneri Conatan Reys narkoman imiş. Apasport.az saytının məlumatına görə, Eyndhoven təmsilçisi bu səbəbdən 21 yaşlı braziliyalı hücumçu ilə yolları ayırmağa qərar verib.

Qış tətilindən yubanma ilə qayıdan Reys tibbi müayinədən keçib. Həmin vaxt onun narkotik qəbul etdiyi məlum olub. Braziliyalı ixtisaslaşmış klinikada müalicə kursu keçməkdən imtina edib. Bundan sonra PSV müvafiq tədbir görməyə məcbur olub. Klubun prezidenti Yan Reker bildirib ki, bu, sərt, ancaq məcburi addımdır: “Biz vəziyyəti uzun müddət klubda müzakirə etdik və belə nəticəyə gəldik ki, başqa seçimimiz yoxdur”.

Qeyd edək ki, PSV Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun yeni klubu olan “Tvente”nin çempionluq uğrunda əsas rəqibidir. O, ikinci dövrə başlayan kimi liderliyi əlindən aldığı Cavadovun komandasını 2 xal qabaqlayır. PSV-nin bu addımından sonra Vaqif həmyaşıdı olan braziliyalı narkomana qarşı mübarizə aparmayacaq.
0