Ən zəngin idman klublarının adı açıqlanıb
25.01.2010 - 15:24
Ən zəngin idman klublarının adı açıqlanıb
Məşhur “Forbes” jurnalı dünya idmanının ən zəngin klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ABŞ-ın iqtisadi-maliyyə jurnalında dərc olunan reytinq cədvələ əvvəlki tək İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. Onun büdcəsi 1 mlrd. 296 mln. avrodur.

İlk onluqda transferlərə böyük pullar xərcləyən cəmi üç futbol klubu var. Onlardan Madridin “Real” (938 mln. avro) və Londonun “Arsenal” (831 mln. avro) klubu siyahıda müvafiq olaraq 6-cı və 7-ci yerləri tutur. “Mançester Yunayted”in ən yaxın izləyicisi olan ABŞ-ın “Dallas Kovboys” futbol klubunun 1 mlrd. 144 mln. avroluq büdcəsi var.

Qeyd edək ki, ilk onluqda Amerika futbolu klublarının sayı 6-dır. Siyahıya düşən beysbol klubu da ABŞ-ı təmsil edir.
0