“Real” Kakanı “Milan”a qaytarır
25.01.2010 - 15:30
“Real” Kakanı “Milan”a qaytarır
2007-ci ildə dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Kaka İtaliyanın “Milan” klubuna qayıdır.

Apasport.az saytının məlumatına görə, İspaniyanın məşhur “As” nəşri 28 yaşlı braziliyalı yarımmüdafiəçinin yaxınlarda Madridin “Real” klubundan gedəcəyini iddia edir. İspan həmkarlarımız Kakanın “Real”da yarım ildə hələ lazımi səviyyəyə çatmadığını qeyd edir. Bunu nəzərə alan klub rəhbərliyinin braziliyalı oyun qurucusunu “Milan”a icarəyə verə biləcəyi deyilir. Elə Milan təmsilçisi də bunda maraqlıdır. İtalyanlar Kakanı ötən yay “Real”a 65 milyon avroya satıb.

Qeyd edək ki, karyerasına 2001-ci ildə vətənində “San-Paulu” klubunda başlayan Kala iki il sonra “Milan”a keçib. O, bu komandada keçirdiyi 6 ildə çoxsaylı titullar qazanıb.
0