Bakıya gələn məşqçi Türkiyə yığmasından 3,2 milyon avro tələb etdi
25.01.2010 - 16:17
Bakıya gələn məşqçi Türkiyə yığmasından 3,2 milyon avro tələb etdi
Tanınmış italyan mütəxəssis Covanni Trapattoni Türkiyə milli komandasının baş məşqçisi olmaq üçün şərtlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 71 yaşlı çalışdırıcı Türkiyə Futbol Federasiyasından (TFF) onunla əməkdaşlıq müqabilində böyük bir sərvət istəyib.

Trapattoni “ay-ulduzlular”ın sükanı arxasına keçmən üçün bir ilinə özünə 3,2 milyon avro, üç əcnəbi köməkçisinə 800 min avro məvacib istəyib. Təcrübəli mütəxəssis milli komandanın başında olduğu müddətdə beşulduzlu hoteldə qalmağı, limuzin avtomobil, səfər üçün özəl təyyarə, limitsiz kredit kartı, istədiyi anda İtaliyaya getmək üçün 1-ci dərəcəli təyyarə bileti və İsveçrədəki menecerlik firmasına ödənəcək 10 faiz komisyon haqqını TFF-nin qarşısında şərt qoyub.

Qeyd edək ki, Trapattoninin namizədliyi artıq xeyli müddət səslənsə də, o, təklif aldığını inkar etmişdi. Ancaq italyan işbirliyində olduğu İsveçrə menecerlik firmasına sonradan təkliflərini hazırlayıb. Həmin menecerlik firması da TFF rəhbərliyi ilə görüş təyin etmək və şərtləri bildirmək üçün İsveçrədə yaşayan qadın türk vəkilə səlahiyyət verməyə hazırlaşır.

Son iş yeri İrlandiya milli komandası olan Trapattoni İtaliya yığmasının çalışdırıcısı kimi ölkəmizə gəlib. O, milli komandamızla 2002-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıdakı görüşdə 2:0, evdəki oyunda 4:0 hesablı qələbə qazanıb.
0