Ramazanov 5 ildən sonra “Karvan”da qol vurdu
25.01.2010 - 16:58
Ramazanov 5 ildən sonra “Karvan”da qol vurdu
Zaur Ramazanov Yevlaxın “Karvan” klubuna qayıdışını qolla qeyd edib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”dan icarəyə götürülən 34 yaşlı hücumçu birinci divizionda çıxış edən İmişlinin “MKT-Araz” klubu ilə yoxlama oyununda fərqlənib.

Unibank Premyer Liqasına hazırlığını Yevlaxda davam etdirən “Karvan”ın rəqibini darmadağın etdiyi (6:0) görüşdə yeni transferləri fərqlənib. Belə ki, “İnter”dən icarəyə götürülən Xaqani Məmmədov poker edib. Oyunda daha bir qolun müəllifi isə “Xəzər-Lənkəran”dan alınan sabiq kapitan Emin Quliyev olub.

Qeyd edək ki, Zaur “Karvan”ın debüt mövsümündə (2004/05) milli çempionatımızın bombardiri olub. Xaqani isə “İnter” çempion olduğu mövsümdə (2007/08) bu uğura imza atıb.
0