“Muğan” yığma oyunçusunu heyətinə cəlb edib - FOTO
25.01.2010 - 17:20
Salyanın “Muğan” klubu daha bir futbolçunu heyətinə cəlb edib. Apasport.az saytının məlumatına görə, salyanlılar Syerra-Leonedən olan hücumçu Samura Kabba ölkəmizə İsveçin “Bodens” klubundan gəlib. 29 yaşlı hücumçu karyerasının böyük hissəsini Skandinaviyada keçirib. O, İsveçdə “Höteborq” və “Assiriska”, Norveçdə “Olesund”, Finlandiyada HİK-in şərəfini qoruyub.
Vaxtilə Yunanıstanın OFİ klubunda da oynayan Samura 2001-ci ildən başlayaraq fasilələrlə Syerra-Leone yığmasına cəlb olunub. Bu müddətdə o, milli komandada 5 oyun keçirərək 1 qol vurub.
Vaxtilə Yunanıstanın OFİ klubunda da oynayan Samura 2001-ci ildən başlayaraq fasilələrlə Syerra-Leone yığmasına cəlb olunub. Bu müddətdə o, milli komandada 5 oyun keçirərək 1 qol vurub.
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
- KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR
0
0