Rusiyalı nazir Rövnəq Abdullayevi göstərdi
25.01.2010 - 17:47
Rusiyalı nazir Rövnəq Abdullayevi göstərdi
Rusiya Futbol İttifaqı (RFİ) təşkilatçısı olduğu “MDB ölkələrin çempionlarının Birlik kuboku” turnirini ləğv etmək istəmir. Apasport.az saytının məlumatına görə, Azərbaycan komandalarının iştirak etdiyi ənənəvi turnir gələn il də baş tutmalıdır.

İldən-ilə maraq azalan, təşkilatçılıq səviyyəsi aşağı olan “Birlik kuboku”na klublar barmaqarası baxır, ora əvəzedici heyətlərini göndərirlər. Ancaq RFİ-nin sabiq prezidenti, Rusiyanın idman naziri Vitali Mutko AFFA prezidenti Rövnəq Abdullayevin da iştirak etdiyi Moskva görüşündən sonra turnirin gələcəyi ilə bağlı ümidlənib: “Rusiya Futbol İttifaqı “Birlik kuboku”nu bağlamaq gücündə deyil. Buna qurumun İcraiyyə Komitəsi qərar verməlidir. Biz inteqrasiya, Rusiyanın postsovet məkanında rolu haqda çox danışırıq. Baxın, bu onlardır – FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini, postsovet məkanından olan bütün milli assosiasiyaların rəhbərləri. Turnirin keçirilməsi sisteminin müasirləşməsi haqda danışmaq olar. Ancaq ümumilikdə götürdükdə, yarış vacibdir”.

Qeyd edək ki, “Birlik kuboku”nda son təmsilçimiz mübarizəni qrup mərhələsində dayandıran “Bakı” klubu olub.
0