“Wissol Group” Azərbaycanda klub alır
25.01.2010 - 18:03
“Wissol Group” Azərbaycanda klub alır
Məşhur neft şirkətlərindən olan “Wissol Group” Türkiyənin “Fənərbaxça” klubunu almaq istəyir. Apasport.az saytının məlumatına görə, Gürcüstan şirkəti İstanbul təmsilçisinin səhmlərinin bir hissəsini ələ keçirməyə çalışır.

Dünya futbolunda söz sahiblərindən birinə çevrilmək istəyən “neftçilər” bu idman növü ilə bağlı planlarını həyata keçirmək üçün 8 milyard dollarlıq büdcə ayırıb. Hədəfi İngiltərə Premyer Liqasında iddialı klub almaq olan “Wissol Group” bu addımı atmağa tələsmir. Şirkətin prezidenti Samson Pxakadze əvvəl region futbolunda aparıcı rollara sahib olmağı planlaşdırır. Futbol “xəstəsi” olduğu iddia edilən gürcü əvvəl planlarını Azərbaycan, Ermənistan və Gürcüstanda, sonra isə Türkiyədə gerçəkləşdirəcək.

Türk həmkarlarımızın fikrincə, artıq vətənində klub sahibi olmağı bacaran iş adamı digər iki Qafqaz ölkəsində axtardığı komandaları tapıb. Hətta Azərbaycan və erməni klubları “Wissol Group”la ilkin anlaşıb. Bu klubların adları hələ açıqlanmır.
0