Robinyo “Qalatasaray”a keçir?
25.01.2010 - 21:01
Robinyo “Qalatasaray”a keçir?
İngiltərənin “Mançester Siti” klubundan Türkiyə “Qalatasaray”ına şok təklif gəlib. Lent.az-ın “Fanatik” qəzetinə istinadən verdiyi məlumata görə, “Mançester Siti”nin sahibi Haldun ‘l-Mübarək baş məşqçi Roberto Mançini tərəfindən transferə çıxarılan Robinyonu “Cim-Bom”un vitse-prezidenti Haldun Üstünelə təklif edib.

Robinyonun Braziliyanın “Santos” klubuna icarəyə verilməsi gündəmdə olsa da, futbolçu az öncə ailəsinə edilən hücumla əlaqədar vətəninə dönmək istəmir. İspaniya “Barselona”sı da 26 yaşlı hücumçuya maraq göstərib. Lakin komandanın aparıcı futbolçuları Xavi ilə Karlos Puyol baş məşqçi Xosep Qvardiolaya “Robinyo gəlsə, kollektiv daxilind’ki ab-hava pozulacaq” deyiblər. Ona görə də “sambaçı”nın Kataloniya klubuna transferindən vaz keçilib.

“Qalatasaray”ın baş məşqçisi Frank Raykard isə Avropa Liqasında oynaya biləcək hücumçuya ehtiyacının olduğunu bildirir. Hazırda “sarı-qırmızılar”ın “Barsa”dan icarəyə götürmək istədiyi Covanni Dos Santosla müqaviləyə sonradan transfer hüququnun birdəfəlik alınması barədə bənd salmaq mümkün olmasa, Üstünel Robinyo ilə danışıqlara başlayacaq.
0