Joze Alesio da Silva: Heç kim buna inanmazdı
26.01.2010 - 03:25
Joze Alesio da Silva: Heç kim buna inanmazdı
Futzal üzrə Avropa çempionatının yarımfinalına yüksələn Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva Ukrayna ilə oyundan sonra mətbuat konfransı keçirib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, braziliyalı çalışdırıcı ukraynalılara penaltilər seriyasında necə qalib gəldiyimiz haqda danışıb.

- Ukraynanın yaxşı komandası var. Onlar da yarımfinala vəsiqə qazanmaq gücündə idilər. Biz bura gələndə, heç kim inanmazdı ki, Azərbaycan komandası belə yüksək səviyyəyə qalxacaq. Penalti zərbələri lotereya idi və bunda biz qazandıq.

- Rəqib birinci hissədə bizə qarşı pressinq tətbiq edirdi. Ancaq ikinci hissədə komandamız daha yaxşı oynadı. Maraqlıdır, fasilədə yetirmələrinizə nə dediniz?
- Ukrayna komandasında hər iki dəqiqədən bir oyunçular dəyişdirilirdi. Bundan başqa, bizdə zədəli oyunçular var idi və yorğunluq hiss olunurdu. Çexiya ilə qarşılaşmadan sonra 4 gün istirahət komandamızda ritmə mənfi təsir göstərmişdi.

- Yarımfinalda ya Serbiya, ya da Portuqaliyaya qarşı mübarizə aparacağıq. Rəqibimizin kim olmasını istərdiniz?
- Çempionatda zəif komanda yoxdur. Qrup mərhələsində Çexiyaya 6:1 hesabı ilə qalib gəlmişdik. Onlar isə İtaliyanı üstələyərək, yarımfinala çıxıb.

- Finala çıxmaq şansımız var, yoxsa artıq komandamız vəzifəsinin öhdəsindən gəldiyini düşünür?
- Şans 50-nin 50-yədir. Burada gələndə oyunçularıma demişdim ki, geriyə ayın 26-da yox, 31-də qayıtmaq istəyirəm. Çempionatda iki matçımız qalıb. İndi bizi hamı tanıyır, rəqiblər komandamızı yaxşı öyrəniblər. Buna görə də oynamaq çətin olacaq.

- Alves ciddi zədələnib. O, yarımfinalda forma geyinə bilinəcək, yoxsa?
- Hələ dəqiq bilmirəm. Yəqin ki, Alves növbəti qarşılaşmada oynamayacaq. Bununla belə, qəti nəsə demək olmur.

- Rizvan Fərzəliyev bu gün böyük iş gördü. Bilmək istərdik ki, onun oyunundan razı qaldınızmı?
- Fərdi futzalçılardan danışmaq istəmirəm. Axı biz bir komanda təşkil edirik. Yığmanın bütün üzvləri yaxşı çıxış etdilər.
0