Felipe: Bir daha sübut etdik ki...
26.01.2010 - 06:39
Felipe: Bir daha sübut etdik ki...
“Ukraynalılarla oyun ağır oldu. Biz başqa cür olacağını da gözləmirdik. Bir daha sübut etdik ki, komandamız istənilən rəqibə qarşı mübarizə aparmağa hazırdır”. Bunu apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan yığmasının futzalçısı Felipe Ribeyro Dos Santos deyib.

O, milli komandamızın Macarıstanda keçirilən Avropa çempionatındakı uğurundan danışıb. Felipe bildirib ki, yığmamızın hətta finala vəsiqə qazanmaq şansı da var: “İndi bizim çox yaxşı şansımız var. Əgər qrup mərhələsinin ikinci turunda Çexiya ilə matçda göstərdiyimiz oyunu təkrarlaya bilsək, finala yüksələcəyik”.

Qeyd edək ki, milli komandamız Avropa çempionatının 1/4 finalında Ukraynanı penaltilər seriyasında üstələyərək (7:5), yarımfinala çıxıb.
0