“O Berti Foqtsdursa, mən də Kamran Ağayevəm”
26.01.2010 - 10:32
“O Berti Foqtsdursa, mən də Kamran Ağayevəm”
“Mən kiminsə vasitəçiliyi ilə hansısa kluba keçmək istəmirəm”. Bunu apasport.az saytının Antalyaya ezam olunan əməkdaşı ilə söhbətində “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.

Müxbirimizin “Milli komandanın baş məşqçisi Berti Foqtsun vasitəçiliyi ilə Almaniya klublarına keçidin mümkündürmü” sualına cavabında Ağayev bildirib ki, buna ehtiyacı yoxdur: “O Berti Foqtsdursa, mən də Kamran Ağayevəm. Mənə əcnəbi komandaya keçmək üçün nə Foqtsun, nə də bir başqasının vasitəçiliyi lazımdır. Kiminsə qarşısında minnətçi olmaq fikrim yoxdur”.
0