“Qarabağ” Türkiyədən “sülh”lə ayrılır
26.01.2010 - 11:17
“Qarabağ” Türkiyədən “sülh”lə ayrılır
Ağdamın “Qarabağ” klubu Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Rumıniyanın “Qloriya” klubu ilə qarşılaşıb. Bu görüşə əsas heyətlə çıxan ağdamlılar Superliqa təmsilçisi ilə qolsuz heç-heçə edib – 0:0. Bu, “Qarabağ”ın Antalya toplanışında keçirdiyi 5 matçda ilk bərabərliyi olub.

Qeyd edək ki, Türkiyədəki ilk 4 qarşılaşmada cəmi 1 qələbə qazanan təmsilçimiz 3 dəfə meydanı məğlub tərk edib. Toplanışa “Anji” (Rusiya) üzərində 1:0 hesablı qələbə ilə başlayan “Qarabağ” “OİK-Enerji”yə (Rusiya) 1:4, “İrtış”a (Qazaxıstan) 0:1, “Şaxtyor”un əvəzedicilərinə (Ukrayna) 1:3 hesabı ilə uduzub.
0