Rizvan Fərzəliyev: Hər şeyin bitdiyini düşündüm
26.01.2010 - 11:28
Rizvan Fərzəliyev: Hər şeyin bitdiyini düşündüm
“Biz 6-cı cəriməni qazananda hər şeyin bitdiyini düşündüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Rizvan Fərzəliyev deyib.

Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsində növbəti qələbəsini qazanan yığmamızın təcrübəli futzalçısı Ukrayna ilə oyun haqda fikirlərini açıqlayıb. UEFA-nın rəsmi saytına açıqlamasında 1/4 final mərhələsinin çətinliklə keçildiyini bildirən Fərzəliyev komandamızın ən yaxşısının kimliyinə aydınlıq gətirib: “Onlar həmin qolu vursaydılar, biz evə qayıdırdıq. Yaxşı ki ukraynalılar 10 metrlik zərbədən yararlana bilmədi. Penaltilər seriyasında isə bəxt və Tveryankin bizim tərəfimizdə idi. Düşünürəm ki, o, ən yaxşı qapıçıdır. Ümumiyyətlə, Ukrayna ilə qarşılaşmada bizim bütün oyunçular ən yaxşı idi”.

Qeyd edək ki, Azərbaycan yığması Ukraynanı 3:3 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında məğlub edib – 4:2.
0