Samir Nizami Sadıqovu niyə sıxışdırıb?
26.01.2010 - 12:05
Samir Nizami Sadıqovu niyə sıxışdırıb?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) qapıçılara məxsus ən uzun “quru” seriyaların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, milli çempionatların güclülər dəstəsində 660 və daha çox dəqiqə ərzində qapısını toxunulmaz saxlayanların siyahısında ciddi dəyişikliklər qeydə alınmayıb.

Ümumilikdə 440 seriyanın yer aldığı siyahının ilk 10 pilləsində altı ay əvvəl açıqlanan son siyahı ilə müqayisədə yalnız bir yeni ad var. Bu, 8-ci yeri ələ keçirən küveytli Samir Səiddir. Onun 1987-89-cu illərdə imza atdığı, lakin yalnız indi rəsmiləşən nəticəsi Azərbaycan rekordçusu Nizami Sadıqovun da mövqeyinə təsir edib. 22-ci pillədəki yerindən sıxışdırılan veteran bir addım geriləyərək 23-cü sıraya enib. Tovuzun “Turan” klubunun sabiq qapıçısı və hazırkı məşqçisi 1000 həddini aşan “49-luq”da yer alıb. İFFHS-in cədvəlində Azərbaycan çempionatlarında qeydə alınan 13 nəticə yer alıb ki, onların hamısı ötən siyahı ilə müqayisədə geriləyib.

İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
3. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
4. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
5. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
6. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
7. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
8. Samir Səid (“Əl-Ərəbi”) - 1283
9. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
10. Qaetan Huar (“Bordo”, Fransa) – 1266

Premyer Liqanın İFFHS-dəki təmsilçiləri

23 (22). Nizami Sadıqov (“Turan”) – 1106
55 (53). Xalidu Sissoko (“Bakı”) – 985
58 (56). Xalidu Sissoko (“Bakı”) - 971
61 (59). Cəmaləddin Əliyev (“Qarabağ”) – 958
68 (66). Elxan Həsənov (“Neftçi”) – 943
156 (153). Dmitri Kramarenko (“Karvan”) – 798
192 (188). Dmitri Kramarenko (“Neftçi”) – 772
231 (225). Rauf Mehdiyev (“Olimpik”) – 746
234 (228). Elşən Poladov (“Bakı”) – 744
237 (231). Nadir Şükürov (“Dinamo”) – 741
253 (247). Aleksandr Martyoşkin (“Xəzər-Lənkəran”) - 735
336 (327). Cəmaləddin Əliyev (“Qarabağ”) – 700
393 (384). Rauf Mehdiyev (“Olimpik”) – 676

Qeyd: mötərizədə 6 ay əvvəlki mövqeyi göstərilib.
0