Salmanovun “siftə”si Yunanıstanda olacaq
26.01.2010 - 12:16
Salmanovun “siftə”si Yunanıstanda olacaq
Bu ildən etibarən FİFA hakimi adını daşıyan Anar Salmanov ilk təyinatını alıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, 30 yaşlı ədalət təmsilçisinin beynəlxalq səviyyədə debütü Yunanıstanda gerçəkləşəcək.

Salmanov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundu çərçivəsində keçiriləcək qarşılaşmaların iştirakçısı olacaq. Həmyerlimiz meydan sahibləri ilə yanaşı, Avstriya, İrlandiya və Finlandiya yığmalarının mübarizə aparacağı 3-cü seçmə qrupun matçlarını idarə edəcək fit sahiblərindən biri olacaq. Bu qrupun oyunları martın 18-dən 25-dək keçiriləcək.

Qeyd edək ki, Salmanovun hansı matçlarda baş, hansı qarşılaşmalarda ehtiyat hakim olacağı hələ dəqiqləşməyib.
0