Debretsendə problem: AFFA rəsmilərini və jurnalistləri otelə buraxmadılar
26.01.2010 - 19:43
Debretsendə problem: AFFA rəsmilərini və jurnalistləri otelə buraxmadılar
Azərbaycan futzal yığması Avropa çempionatında yarımfinal görüşünü keçirmək üçün bu gün Bakı vaxtı ilə saat 17 radələrində Macarıstanın Debretsen şəhərinə gəlib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, komandamız Debretsenin “Akuatikum” otelində məskunlaşıb.

Lakin Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan AFFA rəsmiləri və jurnalistlər problemlə üzləşiblər. Belə ki, otel rəhbərliyi yığmamızdan ayrı olan 10 nəfərlik qrupa otaqlar vermək üçün nəğd pul istəyib. Assosiasiya nümayəndələri isə ödəmə yolu ilə oteldə qalmaq istədiklərini bildiriblər. “Akuatikum”un meneceri ilə ikitərəfli danışıqda isə macarlar hətta 1 dolların söhbətini ediblər. AFFA rəsmiləri və jurnalistləri iki saat gözlətdikdən sonra ümumi məbləğin bir hissəsini almaq şərti ilə onlara otaqlar veriblər.

Qeyd edək ki, milli komandamız Avropa çempionatında yarımfinal görüşünü yanvarın 28-də ya Serbiya, ya da Portuqaliyaya qarşı keçirəcək.
0