Milli komandamızın Bakıya qayıtması üçün bilet tapılmadı
26.01.2010 - 21:28
Milli komandamızın Bakıya qayıtması üçün bilet tapılmadı
Azərbaycan futzalçıları Macarıstanda keçirilən Avropa çempionatından əvvəlcədən nəzərdə tutulduğu kimi, yanvarın 31-də yox, fevralın 1-də qayıdacaqlar. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, buna səbəb yanvarın 31-ü üçün Bakıya bilet tapılmamasıdır. Məcburiyyət qarşısında qalan komandamız Macarıstanda bir gün artıq qalacaq. Yığmamız ayın 1-də səhər Debretsendən Budapeştə gələcək, daha sonra Budapeşt - İstanbul – Bakı reysi ilə Vətənə dönəcək.

Qeyd edək ki, qarşıdakı günlərdə futzalçılarımız Budapeştdə iki oyuna çıxacaqlar. Milli komandamız yanvarın 28-də Serbiya - Portuqaliya cütünün qalibi ilə yarımfinalda, yanvarın 30-da isə final, yaxud 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
0