“İndiyədək belə şey görməmişdim” - FOTO
26.01.2010 - 22:06
“İndiyədək belə şey görməmişdim” - FOTO
“Qabaqcadan demişdim ki, Ukrayna yığması ilə oyunda yarımfinala yüksəlmək şansımız 50-50-yədir. Nəticə yanılmadığımı göstərdi. Biz gözlədiyimizdən də təcrübəli rəqiblə qarşılaşdıq və sonda qələbə qazandıq”, Bu sözləri apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan milli komandasının futzalçısı Namiq Məmmədkərimov deyib.

Macarıstanda keçirilən Avropa çempionatında yığmamızın yarımfinala yüksəlməsi barədə danışan 30 yaşlı oyunçu ukraynalılarla qarşılaşmada həyəcan yaşadığını gizlətməyib: “İndiyədək belə şey görməmişdim. Mən əksər hallarda oynamışam, bu dəfə isə texniki zonada oturub, matçı izləyirdim. Kənardan baxdıqdan sonra başa düşdüm ki, azarkeşlər qarşılaşma zamanı nə qədər həyəcan keçirirlər”.

Qitə çempionatında yalnız bir dəfə - Çexiya ilə matçda meydana çıxmış Namiq az oynamasını zədə amili ilə əlaqələndirib: “Yarışın startına 2 gün qalmış əzələmi dartdım. Buna görə də bir neçə gün məşq edə bilmədim. Düzdür, bir peşəkar futzalçı kimi Ukrayna ilə görüşdə mübarizə aparmağa hazır idim. Bəlkə də baş məşqçi risk etmədiyi üçün məni meydançaya buraxmadı. Amma əmin ola bilərsiniz ki, baş məşqçi ilə aramda heç bir problem yoxdur, hər şey qaydasındadır”.
0