Portuqaliya yığmasının kapitanı: Qarşımızda dayanmaq çətin olacaq
27.01.2010 - 10:38
Portuqaliya yığmasının kapitanı: Qarşımızda dayanmaq çətin olacaq
Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatının yarımfinalında Azərbaycan milli komandası ilə qarşılaşacaq portuqaliyalılar yığmamıza çətinlik yaratmağın yolunu bilir. Apasport.az saytının məlumatına görə, pireneylilər Serbiyanı 5:1 hesabı ilə məğlub etdikləri 1/4 final mərhələsindəki oyunu təkrarlamaqla uğur qazanmaq niyyətindədirlər.

Portuqaliya yığmasının kapitanı Arnaldu serblərlə görüşdən sonra fikirlərini açıqlayıb: “Serbiya ilə oyunda nəhayət ki, nəyə qadir olduğumuzu göstərdik. Demək olar ki, bütün oyunu ideal səviyyədə keçirdik. İndi bu səviyyədə davam etməliyik. Bir ideal oyun kifayət deyil. Növbədə Azərbaycan yığmasıdır. Bu komanda ilə seçmə mərhələdə qarşılaşmışıq. Serblərlə oyunda oynadığımız kimi oynasaq istənilən rəqib qarşımızda dayanmaq çətin olacaq”.

Qeyd edək ki, Arnaldu serblərlə qarşılaşmaya ekzotik çəhrayı rəngli butslarla çıxıb.
0