Futbolçular Maradonanın qayıdışını qələbə ilə qeyd etdi
27.01.2010 - 10:50
Futbolçular Maradonanın qayıdışını qələbə ilə qeyd etdi
Dünya çempionatının yayda keçiriləcək final mərhələsinə hazırlaşan Argentina milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kosta-Rika yığması ilə oyun əfsanəvi Diyeqo Maradonanın qayıdışı ilə əlamətdar olub.

Argentinalıların baş məşqçisi FİFA-nın verdiyi iki aylıq cəzadan sonra ilk dəfə komandasının oyununu ehtiyat oyunçular skamyasından izləyib. Yetirmələri Maradonanın qayıdışını qələbə ilə qeyd edə bilib – 3:2. Kosta-Rika yığması iki qol buraxdıqdan sonra hesabı bərabərləşdirə bilsə də, Xaranın final fitindən 10 dəqiqə əvvəl vurduğu qol ikiqat dünya çempionlarına sevinc bəxş edib.
0