Mahir Şükürov “Anji”nin start heyətində oynadı
27.01.2010 - 11:04
Mahir Şükürov “Anji”nin start heyətində oynadı
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubu Türkiyə toplanışında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, qısa fasilədən sonra yenidən Türkiyəyə yollanan Mahaçqala təmsilçisi ikinci təlim-məşq toplanışında ilk matçına çıxıb.

Ukraynanın “Obolon” klubu ilə görüşən “Anji” 0:1 hesabı ilə məğlub olub. Baş məşqçi Omari Tetradze fasilədə qapıçı istisna olmaqla bütün oyunçuları dəyişməklə hər hissədə bir heyəti sınayıb. “Anji”nin start heyətində debüt edən Şükürov birinci hissədə meydanda olub. Elə ukraynalılar da qələbəni məhz ilk yarıda vurduqları qolla qazanıb.

Qeyd edək ki, bu, Mahirin Rusiya təmsilçisində ikinci yoxlama oyunudur. 28 yaşlı müdafiəçinin Premyer Liqa klubundakı debütü sabiq komandası Bakı “İnter”i ilə oyunda baş tutub. Həmin matçda Mahir fasilədən sonra meydana çıxıb.
0