“İnter” Ukraynadan hansı nəticə ilə qayıdır?
27.01.2010 - 11:53
“İnter” Ukraynadan hansı nəticə ilə qayıdır?
Bakının “İnter” klubunun əvəzedici komandası Ukrayna hazırlığını başa vurub. Apasport.az saytının məlumatına görə, əvəzedicilər Simferopol təlim-məşq toplanışında son yoxlama oyununda Ukraynanın birinci divizion klubu “Krımteplitsa”ya uduzub – 0:2.

“İnter” Ukraynadakı üç həftəyə yaxın davam edən hazırlıq prosesində hər üç sınaq matçını yerli klublarla keçirib. “Metallurq”u böyük hesabla məğlub edən (3:0) paytaxt təmsilçisi ardından “Lvov”la heç-heçə edib – 1:1. Qıç fasiləsinə turnir cədvəlində 2-ci pillədə yollanan “İnter”in əvəzediciləri bu gün vətənə dönür.

Qeyd edək ki, Azərbaycan klublarının əvəzedici komandaları çox nadir hallarda xaricdə təlim-məşq toplanışı keçirlər. Bu baxımdan son vaxtlar “İnter” əvəzedicilərini ölkə kənarında hazırlıq keçməsinə yollamaqla seçilir. Əsas komanda isə mövsümün qalan hissəsinə hazırlığı Türkiyənin Antalya şəhərində keçirir.
0