10 litr pivə ver, çempionatın ən yaxşı futbolçusuna sahib ol!
28.01.2010 - 10:47
10 litr pivə ver, çempionatın ən yaxşı futbolçusuna sahib ol!
Qırğız futbolçuların transfer qiymətləri ilə bağlı kuryoz qərar qəbul olunub. Apasport.az saytının məlumatına görə, Orta Asiya ölkəsində futbolçuların dəyəri pivə litrləri ilə hesablanacaq.

Bu qayda Qırğızıstanın həvəskarlar liqasına şamil olunacaq. Gücünə görə ölkə çempionatının dördüncü liqası sayılan “Tennisi KG-Liqa”nın təşkilat komitəsi oyunçuların bir komandadan digərinə keçidi ilə bağlı əsasnaməyə dəyişikliklər edib. Belə ki, bu il martın 29-dan başlayaraq bütün keçidlər qurum tərəfindən rəsmən qeydiyyata alınacaq. Futbolçu alan komanda oyunçunun sabiq klubuna müəyyən həcmdə pasterizə olunmamış pivə ödəyəcək. Yalnız 18 yaş həddini aşanlara şamil olunacaq bu yenilikdə məhdudiyyətin olması da diqqət çəkir.

Həvəskar futbolçuların transfer qiymətinin fantastik həddə çatmaması üçün maksimal hədd müəyyənləşib. Ən bahalı futbolçulara görə 10 litr pivə ödəniləcək. Ekspertlərin fikrincə, 40-dan çox komandanın mübarizə apardığı Qırğızıstan həvəskar liqasının oyunçularının ümumi məbləği 4 ton pivəyə yaxındır.
0