Portuqaliya yığmasının baş məşqçisi: Biz onun ləngliyindən yararlanmalıyıq
28.01.2010 - 11:40
Portuqaliya yığmasının baş məşqçisi: Biz onun ləngliyindən yararlanmalıyıq
“Seçmə mərhələdə bizimlə qarşılaşana qədər heç kim Azərbaycan yığmasını tanımırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Portuqaliya milli komandasının baş məşqçisi Orlando Duarte deyib.

Macarıstanda keçirilən Avropa çempionatının bu gün keçiriləcək yarımfinal matçında Azərbaycan yığması ilə qarşılaşacaq pireneylilərin çalışdırıcısı bu görüşdə qələbə qazanmağın yolunu bilir.

Duarte ötən ilin martında Portuqaliyada keçirilən seçmə oyununda qarşılaşan və 3:3 hesablı heç-heçə ilə ayrılan rəqiblərin qarşılaşmasında həlledici amilin nədən ibarət olduğunu açıqlayıb: “Serjao dahi futzalçıdır. O, fiziki cəhətdən də çox güclüdür. Biz nəticə qazanmaq üçün onun ləngliyindən istifadə etməyə çalışmalıyıq”.
0