“Neftçi”yə Türkiyədə qol vuran tapılmadı
28.01.2010 - 12:40
“Neftçi”yə Türkiyədə qol vuran tapılmadı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, vaqif Sadıqovun yetirmələri qonşu ölkədəki sonuncu matçında Rumıniyanın “Qaz-Metan” komandası ilə qarşılaşıb. Güclülər dəstəsində çıxış edən rəqiblə görüşdə “Neftçi”nin Türkiyədəki quru seriyası davam edib. İlk 4 yoxlama matçında qol buraxmayan bakılılar həmin matçlardakı kimi yenə qapısını toxunulmaz saxlasa da qolsuz heç-heçə ilə kifayətlənib – 0:0.

Qeyd edək ki, “Neftçi” Antalyada “Çernomorets” (Ukrayna) 1:0, “Yonsenq”i (Cənubi Koreya) 2:0, “Konkordiya”nı (Rumıniya) 3:0,hesabı ilə məğlub etmiş, “Antalyaspor”la (Türkiyə) qolsuz bərabərliyə imza atmışdı.
0