Girts Karlson Türkiyədə də qol vurur
28.01.2010 - 13:00
Girts Karlson Türkiyədə də qol vurur
Bakının “İnter” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın Peşəkar futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən paytaxt təmsilçisi Sloveniyanın “Koper” klubu ilə qarşılaşıb.

Kaxaber Tsxadadzenin yetirmələri bu oyundan 1:1 hesablı bərabərliklə ayrılıblar. Təmsilçimizin yeganə qolunu Unibank Premyer Liqasının ən yaxşı bombardirlərindən olan Girts Karlson vurub.

Qeyd edək ki, “İnter” Türkiyə hazırlığı çərçivəsində son yoxlama oyununu Ukraynanın “Zakarpatye” klubuna qarşı keçirəcək.
0