Milli komandanın kapitanının başına pul yağdı
28.01.2010 - 13:56
Milli komandanın kapitanının başına pul yağdı
“Mançester Yunayted” klubunu böyük məbləğdə cərimə gözləyir. Apasport.az saytının məlumatına görə, buna səbəb azarkeşlərin İngiltərənin Liqa Kubokunda “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub etdikləri görüşdə rəqib futbolçu Kreyq Bellamiyə qarşı etdikləri yolverilməz hərəkətdir.

Məsələ ondadır ki, 31 yaşlı uelsli hücumçu künc zərbəsini yerinə yetirməyə gedən zamanı ona tribunalardan iki butulka atılıb. Ancaq xoşbəxtlikdən onlar Bellamiyə dəyməyib. Bununla belə, Kreyq xəsarətsiz ötüşməyib. Belə ki, həmin vaxtda atılan qəpik onun başını yaralayıb. İngiltərə Futbol Assosiasiyası artıq bu məsələni araşdırmağa başlayıb. “Mançester Yunayted”i cərimə, onun doğma arenası “Od Trafford”u insidentə görə diskvalifikasiya gözləyir.

Qeyd edək ki, Bellami kapitanı olduğu Uels milli komandasının heyətində Bakıya gəlib, yığmamıza qol vurub.
0