“Tvente” rəqibini Cavadovsuz darmadağın etdi
28.01.2010 - 14:08
“Tvente” rəqibini Cavadovsuz darmadağın etdi
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Stiv Maklarenin yetirmələri ölkə kubokunun 1/8 final mərhələsində “Sparta”nın qonağı olub. Rotterdamda keçirilən matçda qonaqlar böyük hesabla qalib gəlib – 4:0.

Qış fasiləsindən sonra ilk qələbəsini qazanan “Tvente”nin heyətində Nkufo 2, Pereslə Rusi hərəyə 1 qol vurublar. Artıq Hollandiyada olan Cavadov bu qarşılaşmanın iştirakçıları arasında olmayıb. Enshede təmsilçisinin 1/4 finaldakı rəqibi Rotterdamın daha məşhur təmsilçisi “Feyenord” olacaq. Bu matç martın 23-25-də baş tutacaq.
0