Azərbaycan çempionatında növbəti istefa!
28.01.2010 - 15:12
Azərbaycan çempionatında növbəti istefa!
Azərbaycan çempionatının birinci divizionunda növbəti istefa reallaşıb. Apasport.az saytının məlumatına görə, Bakının “Rəvan” klubu baş məşqçisi Əfqan Talıbovla yollarını ayırıb.

Debütant 46 yaşlı çalışdırıcısı ilə komandaya lazımi qədər vaxt ayırmaması səbəbi ilə vidalaşıb. Talıbov “Rəvan”ı çalışdırmaqla yanaşı, 21 yaşlılardan ibarət yığmamızda məşqçi işləyirdi. Rəhbərlik yeni baş məşqçi vəzifəsinə buna qədər köməkçi işləyən Vaqif Hidayətovu təyin edib. O, futbolçu karyerası dövründə Talıbovun da çıxış etdiyi Buzovnanın “Xəzri” klubunda oynayıb. Premyer Liqaya çıxmağa iddialı olan “Rəvan” ilk dövrəni 7-ci yerdə bitirərək, lider “Bakılı”dan 8 xal geri qalır.

Qeyd edək ki, birinci divizionda “Bakılı”, MOİK, Qusar “Şahdağ“ında da cari mövsümün gedişində baş məşqçi dəyişikləri olub.
0