Maradonanın sevgilisi bətnindəki uşağı itirdi - FOTO
28.01.2010 - 16:38
Maradonanın sevgilisi bətnindəki uşağı itirdi - FOTO
Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Dieqo Maradonanın nikahsız yaşadığı Veronika Oxeda hamiləliyinin 5 ayında ikən uşağını itirib. Lent.az-ın məlumatına görə, bu haqda “C5N” telekanalına Buenos-Ayres klinikasının həkimi Karlos Priqola açıqlama verib.

Həkim bildirib ki, Oxeda evində özündən gedərək, yerə yıxıldığı üçün xəstəxanaya çatdırılıb. O, hamiləliyini 19-cu həftədə dayandırmalı olub. Maradona və Oxeda qız gözləyirmişlər.

Yığmanın baş məşqçisi çətin vaxtda həyat yoldaşının yanında ola bilməyib. O, Argentina paytaxtından 1200 km uzaqda komandasının Kosta-Rika ilə keçirdiyi yoldaşlıq görüşündə iştirak edib. Argentinanın 3:2 hesablı qələbəsindən sonra Maradona San-Xuan şəhərindən Buenos-Ayresə uçub və xəstəxanadan çıxan Oxeda ilə görüşüb.

Qeyd edək ki, Dieqo Maradona ilə Veronika Oxeda 2005-ci ilin noyabrından birgə yaşayırlar. Veronika iki il öncə də hamilə olub. Lakin həmin vaxt da onun uşağı düşüb. Hazırda 49 yaşlı veteran futbolçunun 3 övladı və 1 nəvəsi var. Keçmiş həyat yoldaşı Klaudia Vilyafanye onun üçün Dalma və Cannina adlı 2 qız dünyaya gətirib. 22 yaşlı Dieqo Sinaqranı isə Maradona övladı saymır. Ona nəvəni isə Argentina yığmasının və İspaniyanın “Atletiko” klubunun futbolçusu Serxio Aquerodan qız dünyaya gətirən Cannina bəxş edib.
0