Şahin Diniyev Türkiyədə kimin konsertinə qulaq asdı? - FOTO
28.01.2010 - 16:50
Şahin Diniyev Türkiyədə kimin konsertinə qulaq asdı? - FOTO
Şahin Diniyevin məşqçisi olduğu Rusiyanın “Terek” klubunun uruqvaylı hücumçusu Ektor Brakamonte Türkiyədə istedadını nümayiş etdirib.

Apasport.az saytının məlumatına görə, musiqiyə böyük sevgisi olan əcnəbi futbolçu gitarada yaxşı ifa etməyi bacarır. Ektor sevimli alətindən istər evdə, istərsə də səfərdə heç vaxt ayrılmır. Üstəlik, Brakamonte arabir dostları və yaxınları üçün solo konsert də təşkil edir. Bunlardan biri Antalyada “Terek”in ilk hazırlıq keçdiyi “Calista” otelində olub. Komanda üzvlərinin da tamaşa etdiyi repertuar hətta həmin axşam oteldə olan peşəkar musiqiçiləri də heyrətləndirib.

Maraqlıdır ki, Ektoru ən çox alqışlayanlar həmin konsertdən üç saat öncə yoxlama oyununda “Terek”ə məğlub olan İsveçrənin “Sankt-Qallen” klubunun futbolçuları olub. Brakamontenin ifasında müxtəlif janrlarda səslənən musiqilər isveçrəlilərə məğlubiyyəti unutmağa və yaxşı əhval-ruhiyyəni qaytarmağa kömək olub.
0