Volkan Dəmirəl jurnalistlərin üstünə cumdu
28.01.2010 - 17:22
Volkan Dəmirəl jurnalistlərin üstünə cumdu
“Fənərbaxça” klubunun və Türkiyənin milli komandasının qapıçısı Volkan Dəmirəlin yerli jurnalistlərlə qalmaqalı olub. Apasport.az saytının məlumatına görə, Volkan sevgilisi Zeynəb Sevərlə şəkillərinin çəkildiyi görüncə aləmi bir-birinə qatıb. O, mətbuat işçilərinin üstünə cumaraq “dəliqanlısınızsa, yazın” deyə bağırmağa başlayıb. Əvvəlcə restoranda yemək yeyən cütlük daha sonra alış-veriş etmək üçün mağazaları dolaşmağa başlayıb. Həmin vaxt qəzetçilər tərəfindən şəkillərinin çəkildiyini anlayan Dəmirəl olay çıxarıb. Qaça-qaça onların yanına gələn qapıçı “Fotomu çəkmək üçün məndən izn alacaqsınız. Məni iznsiz çəkməyin” deyib.

Volkan təhdidlərini davam etdirib: “Dəliqanlısınızsa, bu, söylədiklərimi yazın. Sizi burada döyərəm, onu da yazarsınız. Sabah imzalarınızı qəzetdə görəcəyəm. Sizləri təhdid etdiyimi da yazın”. Alış-veriş mərkəzində gəzənlərin maraqlı baxışları ilə süzdüyü aqressiv qapıçı fotoqrafların aparatlarını əllərindən almağa çalışıb. Onun belə çılğın hərəkətləri sevgilisini də qorxudub.
0