Portuqaliya yığmasının baş məşqçisi: Mən şoka düşdüm!
28.01.2010 - 23:40
Portuqaliya yığmasının baş məşqçisi: Mən şoka düşdüm!
“Görüşün əvvəlində rəqibin heyətində qapıçını oyunçu əvəzləyəndə, şoka düşdüm. Bu mənim üçün sürpriz idi. Özü də Azərbaycan yığması ilk şansından yararlandı. Halbuki qol epizodlarını mənim komandam daha çox yaradırdı”. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Portuqaliya futzal yığmasının baş məşqçisi Orlando Duart deyib.

O, Macarıstanda keçirilən Avropa çempionatının yarımfinalda milli komandamız üzərində qələbədən danışıb: “Əgər bütün oyunu götürsək, qələbə layiq idik. 2007-ci ildə belə uğura çox yaxın idik. Lakin həmin vaxt yarımfinalda uduzmuşduq”.

Qeyd edək ki, yığmamız Pireney təmsilçisinə oyunsonrası penaltilərdə məğlub olub (3:3, penaltilər seriyası 3:5).
0