Milli komandamızda daha bir ciddi itki
29.01.2010 - 00:16
Milli komandamızda daha bir ciddi itki
Macarıstanda təşkil olunan futzal üzrə Avropa çempionatında mübarizə aparan Azərbaycan milli komandası daha bir ciddi itki ilə üzləşib. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, yanvarın 30-da 3-cü yer uğrunda keçiriləcək görüşdə Nilson Maşado (Biro Jade) yığmamıza kömək edə bilməyəcək. Buna səbəb 37 yaşlı braziliyalının yarımfinalda Portuqaliyaya qarşı matçda sarı vərəqə almasıdır. Maşadoya 3 gün öncə ukraynalılarla görüşdə də xəbərdarlıq edilib ki, bu da sarı vərəqələr limitini aşmaq deməkdir..

Qeyd edək ki, hazırda milli komandamızın digər braziliyalı üzvü Alves də zədəlidir.
0