Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşdi
29.01.2010 - 10:54
Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşdi
Anqolada keçirilən Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə Qana və Misir yığmaları üz-üzə gələcək. Qana yarımfinalda Nigeriya yığmasını minimal hesabla məğlub edib – 1:0. Misir isə Əlcəzairi 4:0 hesabı ilə darmadağın etməklə, ondan qisasını alıb.

Axı “fironlar ölkəsi”nin təmsilçisinin 2010-cu il dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda pley-offda yolunu məhz əlcəzairlilər kəsmişdi. Digər diqqəti çəkən məqam Əlcəzairinin oyunu 8 nəfərlə başa vurmasıdır. Belə ki, görüşün 38, 70 və 87-ci dəqiqələrində bu yığmanın futbolçuları qırmızı vərəqə alıb.

Qeyd edək ki, final oyunu yanvarın 31-də keçiriləcək. Afrika Millətlər Kubokunun son qalibi olan Misir öz titulunu qorumaq uğrunda mübarizə aparacaq.
0