Yığmamıza 23 futbolçu çağırıldı
29.01.2010 - 15:37
Yığmamıza 23 futbolçu çağırıldı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək yığmamız hazırlıqlara 23 futbolçu ilə yollanacaq.

Komandanın baş məşqçisi Bernard Lippert hazırlıqlara Andrey Popoviç, Anar Məhərrəmov, Orxan Sadıxlı, Vəfadar Quliyev, Qara Qarayev, Tərlan Quliyev, Fariz Məmmədov, Yasin Yaqubzadə, Aleksandr Qross, Eltun Yaqublu, Amit Quluzadə, Mirhüseyn Seyidov, Araz Abdullayev, Kamil Nurəhmədov, Tural İsgəndərov, Abdulla Abatsiyev, Eldar İsmayılov, Elnur Abdulov, Orxan Həsənov, Həsən Allahyarov, Cavid Tağıyev, Emin Mehtiyev və Şəhriyar Xəlilovu çağırıb.

Fevralın 1-də başlanacaq toplanış 10 gün davam edəcək. Bu müddətdə yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub.
0